Xaçmazda pomidor əkininə başlanılıb- Video

30 2019 16:09

İstixana şəraitində yetişdirilən pomidor şitilləri açıq sahələrə köçürülür. Qusarçay Zona Təcrübə Stansiyasında 5 hektar ərazidə yerli “Vətən” sortu pomidor ştilləri əkiləcək. Hazırda onun 1 hektarında işlər yekunlaşıb.

Fermerlər əkini bir həftə ərzində başa vurmaq niyyətindədirlər. İndi əkilən pomidorun yığımına iyulun birinci ongünlüyündə başlanacaq və iki ay davam edəcək.

Bu il rayonda 2 min 500 hektar sahədə pomidor əkinin aparılması nəzərdə tutulub. Ötən il isə rayondakı 2 min 56 hektar pomidor sahəsindən 52 min ton məhsul toplanıb.