Qusarda 14 yaşayış məntəqəsini birləşdirən yolun inşasına başlanılıb- Video

01 2019 15:09

Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisinə 1 həftə öncə başlanıb. 4-cü texniki dərəcəyə uyğun inşa edilən yolda hazırda torpaq yatağı bərkidilir.

 

Ümumilikdə yolun eni genişləndirilərək 10 metrə çatdırılır. 40 km-lik Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu 14 yaşayış məntəqəsini birləşdirəcək. Bununla da 8 min nəfər əhalinin rayon mərkəzinə gediş-gəlişi asanlaşacaq.

 

İyunda yola asfalt vurulmasına başlanacaq. İki qatdan ibarət asfalt örtüyünün qalınlığı 12 sm olacaq.