Rekord sayda turistin gəldiyi, şəlalələr diyarı- Ləzə kəndi- Video

02 2019 16:53

Azərbaycanın şəlalələr diyarı adlandırılan Qusar rayonunun Ləzə kəndi əcnəbi turistlər arasında hər il daha da məşhurlaşır. Əsrarəngiz təbiət mənzərələri ilə zəngin bu kəndə gələn xarici qonaqların sayı artıb.Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə hər gün yerli və əcnəbi tursitlərlə rastlaşmaq mümkündür.

Ləzə kəndində 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir.

Ləzənin bir-birindən gözəl şəlalələri, təmiz havası ölkəmizdən kənarda da məşhurdur. Yüksək dağ zirvələrinə çıxmaq üçün kəndə gələn xarici turistlərin sayı ilbəil artır. 200 nəfərə yaxın əhalisi olan Ləzə kəndində 30-a yaxın ev var.