Ağacların çiçəkləməsi və tozlanma allergik xəstəliklərə yoluxanların sayını artırıb- Video

03 2019 16:18

Allergik xəstəliklər adətən mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. İnsanlarda   allergiya ağacların çiçək açdığı zaman daha da fəallaşır. Bunun  Səbəbi çiçəklərin tozlanmasıdır. Allergenlərin orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər.

 

Allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. Allergik xəstəliklərə pollinoz , allergik rinit, bronxial astma,  qida və dərman allergiyası aiddir. 


 

Allergiyanın əsas əlamətləri  dərinin qızarması və qaşınması, başağrısı, burun axması, tez-tez asqırmaq, gözlərin sulanması, təngnəfəs olmaq və çətin nəfəs almaqdır. Bu hallarla raslaşan şəxslərin öncə həkimə müraciət etməsi və allergiyanın növünü müəyyən etməsi mütləqdir. Allergiyadan əziyyət çəkən şəxslərin  saat 12-dən 16- dək açıq havada gəzməməsi, tənzif və papaqlardan istifadə etmnəsi məsləhət görülür.