“Azərxalça”nın Xaçmaz filialında 200-ə yaxın xalça toxunub- Video

03 2019 16:36

1 ildir fəaliyyət göstərən "Azərxalça" ASC-nin Xaçmaz filialında ötən dövr  ərzində 400 kvadratmetrəyə yaxın 165 xalça toxuyaraq təhvil verilib. Fabrikdə hazırda 80 işçi çalışır. Onlar arasında sənətin incəliklərini bilən yaşlı mütəxəssislərlə yanaşı,  gənc toxucular da var.

Müəssisədə Quba qrupuna daxil olan “Qollu Çiçi”, “Pirəbədil”, “Zeyvə”, “Zeyxur” çeşnili xalçalar toxunur. Yaratdığı rəng ahəngi, təkrarsız gözəlliyi ilə seçilən xalçalar fabrikdə yerli xammaldan toxunur. Xalçanın ölçüsündən asılı olaraq toxunmasına 1 aydan çox vaxt sərf olunur.

1 il ərzində fəaliyyəti ilə seçilən toxucular 5 may “Xalçaçı günü” münasibəti ilə  fəxri fərman və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb. Müəssisə gələcək illərdə  işçi sayını və istehsal gücünü artırmağı planlaşdırır.