Bu il Şimal regionunda 14 yaşayış məntəqəsinə təbii qaz veriləcək- Video

04 2019 14:43

Qubanın Hacıhüseynli və Əliməmmədoba kənd sakinləri bu il mavi yanacaqla təmin ediləcək. Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlərə başlanıb.

İşlər yekunlaşdıqdan sonra yaşayış məntəqələrində ümumilikdə 727 abonent mavi yanacaqdan istifadə edəcək.

Ümumilikdə bu il Qubada 11, Xaçmazda 2, Qusarda isə 1 yaşayış məntəqəsi qazlaşdırılacaq.  Bununla da şimal regionunda daha 2 min 52 abonent mavi yanacaqla təmin ediləcək.

Hazırda şimal regionunda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 288-dir. Mavi yanacaqdan istifadə edən abonentlərin sayı 100 mini ötüb.