Xaçmazda Dövlət Komitəsinin keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb- Video

06 2019 15:14

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan məqalə müsabiqəsi aprel ayı ərzində  Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz  məktəbliləri arasında təşkil olunub. “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusundakı müsabiqəsi 2009-cu ildən etibarən hər il keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqaməti kimi gənclər arasında təşviq etmək, istedadlı gənclərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır.

Tədbirdə Azərbaycanda qadın hərəkatının inkişafına, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə hər zaman önəm verdildiyi diqqətə çatdırılıb. Heydər Əliyev Mərkəzində keçirilən mərasimin sonunda  müsabiqə qalibləri qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıb.