Siyəzəndə “Qalapark” istirahət mərkəzinin açılışı olub- Video

06 2019 15:20

“Qalapark” istirahət mərkəzi Siyəzən rayonunun Məşrif kəndi ərazisində, dağların ətəyində yerləşir. Müasir standartlara cavab verən otel-restoranda turistlərin rahat dincəlmələri üçün bütün imkanlarlar var. 3 mərtəbədən, 6 nömrədən ibarət otel-restoranda 50 nəfərlik banket zalı və sauna da fəaliyyət göstərir. Bura gələn qonaqlar milli və Avropa mətbəxinin ləziz təamlarından dada bilər.

Mərkəzin Məşrif kəndi ərazisində inşası təsadüfi deyil. Otel-restoran Qalaaltı sanatoriyasına yaxındır və turistlər buradan V–VI əsrlərə aid "Çıraqqala" abidəsini də görə bilər.  Turizmin müasir tələblərinə cavab verən mərkəzdə  30 nəfər işlə təmin olunub.