Qubada xarici giləmeyvə sortları yetişdiriləcək- Video

08 2019 15:10

İngiltərə və Ukraynalı mütəxəssislər Quba Meyvəçilik və Çayçılıq Elmi – Tədqiqat İnstitutunun təcrübə stansiyasında 3 il öncə əkilən giləmeyvə sortlarına baxış keçiriblər. Sınaq müddətində çiyələk, moruq və böyürtkən bitkilərinin iqlim şəraitinə uyğunluğu, məhsuldarlığı yoxlanılıb və müsbət nəticələr əldə edilib.

İngiltərə şirkəti ilə Quba Meyvəçilik və Çayçılıq Elmi – Tədqiqat İnstitutu arasında xarici giləmeyvə sortlarının ölkəyə gətirilməsi istiqamətində yeni layihə də müzakirə olunub.

Layihəyə əsasən giləmeyvə bitkilərinin becərilməsində maraqlı olan fermerlər üçün təcrübə toplamaq məqsədi ilə İngiltərəyə turlar da təşkil olunacaq.