Qubada meyvə emalı müəssisələrinin sayı artıb- Video

08 2019 16:13

Qubada da uzun illərdir alma yetişdirən bağbanların ən yaralı yeri satışdakı çətinliklərdir. Buna görədə satıla bilməyən məhsul ya çaylara tökülür ya da bağlarda məhv olur. Artıq regionda meyvə qurutma müəssisələri fəaliyyətə başlayıb ki, bu da məhsul itkisinin qarşısını alacaq.

Mütəxəssislər də meyvə emalı müəssisələrinin yaradılmasının müsbət nəticələr verəcəyini deyirlər. Belə müəssisələr alma ilə yanaşı digər məhsulların da satışındakı çətinlikləri aradan qaldıracaq.

Artıq Qubada meyvə emalı müəssisələrinin sayı artıb. Xüsusən 2-ci növ məhsulları alan müəssisələr müxtəlif məhsullar istehsal edərək ölkədaxili ilə yanaşı xarici bazarada məhsul göndərirlər.

Mütəxəssislər emal müəssisələrinin çox olmasının rəqabt mühiti yaradaraq təsərrüfatçılardan daha yaxşı qiymətlə məhsul almağa şərait yaradacağını deyirlər.