Şimal regionunda faşizm üzərində qələbənin 74-cü ildönümü qeyd edilib- Video

09 2019 16:17

Xaçmazda faşizm üzərində qələbənin 74-cü ildönümü qeyd olunub. Bu münasibətlə II Dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olun. 1941-45-ci illərdə Xaçmazdan ön cəbhəyə 8 min 7 yüz 39 nəfər yollanıb. Onlardan 2 min 8 yüz nəfəri geri qayıtmayıb. Hazırda rayonda 2 nəfər - Böyük Vətən müharibəsi veteranı Nurulla Mərdənov və Məhəmməd Məmmədov yaşayır.

Qusarda da  Böyük Vətən müharibəsində tarixi Qələbənin 74-cü ildönümü qeyd olunub. Yüzlərlə şəhər sakini faşizm üzərində qələbə qazanılmasında həlak olanların xatirəsini ehtiramla anıblar. İkinci Dünya müharibəsinə Qusardan 10 min 500 nəfər yollanıb. Onlardan 4 min 500-ü geri qayıdıb. Hazırda Böyük Vətən müharibəsində iştirak edən qusarlılardan yalnız 3-ü yaşayır.

 

Azərbaycanda 130-a yaxın Sovet İttifaqı Qəhrəmanından 3-ü qusarlıdır.  Böyük Vətən müharibəsində tarixi Qələbənin 74-cü ildönümü münasibəti ilə bayram konserti də təşkil olunub.