Xaçmazda 40 yerlik yeni uşaq bağçası istifadəyə verilib- Video

10 2019 16:12

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümündə istifadəyə verilən bağça 40 yerlikdir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz olunub. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılıb.

 

Açılış mərasimində Azərbaycanda uşaqların qayğı ilə əhatə olunduğunu, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması üçün zəruri şəraitin yaradıldığını vurğulanıb. Tədris müəssisəsi ilə tanışlıqdan sonra balacalar rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.