“Şahdağ” Region liqasında final görüşünə çıxacaq- Video

11 2019 15:39

Qusarın “Şahdağ” futbol klubu Region Liqasında həlledici görüşə çıxır. Kamran Əlibabayevin yetirmələri yarışın finalında Sumqayıtın “Uğur” komandası ilə üz-üzə gələcək. Qusarlılar ötən ilin çempionu ilə çətin görüşə tam heyətlə yollanır.

Klub rəhbərliyi azarkeşlərin istəyini nəzərə alaraq final qarşılaşması üçün pulsuz nəqliyyat xidmətini də həyata keçirəcək. Bakıda, ASKO arenada keçiriləcək qarşılaşma mayın 13-də saat 16-da start götürəcək.