ABADçı Niftəliyevlər ailəsinin kəşfi – “Baharat” pendiri- Video

13 2019 13:59

Qubada özünəməxsus pendir hazırlayan Niftəliyevlər bu məhsulu ailə brendinə çevirib. Niftəliyevlər ailəsinin “Baharat” adlandırdıqları yeni pendirin əsas üstünlüyü onun asanlıqla bişirilə bilməsidir. Onlar öz yaratdığı pendir növünü hazırda Quba “ABAD” Factory İstehsalat Kompleksində istehsal edir.

Niftəliyevlər ailəsi 20 ildən çoxdur ki, süd məhsullarının istehsalı ilə məşğul olur. Onların hazırladığı pendirin kökü məhsulun  Hindistandakı növlərinə yaxındır.

Niftəliyevlər ailəsinin hazırladığı pendirin bir sıra üstünlükləri var. Beləki ona kimyəvi qatqılar əlavə olunmur,bişirmək mümkündür və bir çox alışdığımız yeməklərin tərkibinə, məsələn dolma, düşbərə, ət yeməklərinə əlavə oluna bilər.  “ABAD” Bakaleyalarında satışa çıxarılan  pendirin 1 kiloqramı 20 manata təklif olunur.