Xaçmazda mövsümün ilk çiyələk məhsulunun yığımına başlanacaq- Video

13 2019 16:31

Xaçmazlı təsərrüfatçılar ilk yerli çiyələyin yığımına hazırlaşır.  Yaz aylarında havaların nisbətən soyuq keçməsi çiyələk yığımını 10-15 gün gecikdirsə də, təsərrüfatçılar məhsuldarlıqdan razıdırlar. Hazırda məhsulun 1 kiloqramı 1,5-2 manata satırlar. Bir ay davam edəcək yığım zamanı əldə olunan məhsul əsasən yerli bazarlara satılacaq.

Ötən il Xaçmazda 100 hektar çiyələk sahəsindən 60 tona yaxın məhsul yığılıb.