Şiddətli dolu Xaçmazda meyvə bağlarına ciddi ziyan vurub- Video

14 2019 15:33

Dolu Xaçmaz rayonunun 90-a yaxın yaşayış məntəqəsinə düşüb. Günorta saatlarında 5 dəqiqə ərzində yağan dolunun ölçüsü 5 millimetrdən 20 millimetrə qədər olub. Təbiət hadisəsi gilas bağlarına, taxıl sahələrinə, çiyələk, kartof, lobya və pomidor təsərrüfatlarına daha çox ziyan vurub.


Xaspoladoba və Qalağan kəndlərində 20 hektara yaxın əkin sahəsi dolunun təsirindən yerə yatıb. Bununla yanaşı sakinlər tərəfindən fərdi yaşayış evlərinin dam örtüklərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var. Xaçmaz Rayon İcra Hakimiyyətində dolunun fəsadları ilə bağlı müraciətlər araşdırılır.