Nabranda yeni turizm mövsümünün hazırlıqları yekunlaşır- Video

14 2019 15:44

Çimərlik mövsümünə sayılı günlər qalması ilə əlaqədar Nabrandakı turizm obyektlərində təmir və yenidən qurma işləri yekunlaşmaq üzrədir. Ərazidə infrastruktorun yaxşılaşdırılması isə daha çox obyekt sahiblərinin ürəyincədir. 



Tək çətinlik isə mövsüm vaxtı sahil zolağının məişət tullantılarından təmizlənməsidir. İşçi qüvvəsi olsada tullantıların daşınması üçün nəqliyyat vasitəsi yoxdur. 



Ölkənin əsas yay turizm məkanlarından sayılan Nabranda çimərlik mövsümünə iyunun  ortalarından  start veriləcək.