Quba- Qonaqkənd yolunun tikintisi yekunlaşır- Video

15 2019 14:19

Quba – Qonaqkənd avtomobil yolu dördüncü texniki dərəcəyə uyğun inşa edilir. Uzunluğu 46 kilometr olan yolun 40 kilometrinə asfalt döşənib. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Hazırda Qonaqkənd qəsəbəsi yaxınlığında, Vəlvələçay üzərində körpülərin inşası həyata keçirilir.

Çayqovuşan ərazisində 2 körpünün inşası yekunlaşıb. 114 metr uzunluğunda olan digər körpünün tikintisi isə yaxın vaxtlarda bitəcək. Daha sonra Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 6 kilometrlik hissəyə asvalt döşənəcək. Yolun inşası iyunda yekunlaşacaq.

Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına da təkan verəcək.