Bu il Xaçmazda 2 500 hektardan çox sahədə pomidor əkiləcək- Video

15 2019 15:44

Ölkənin əsas tərəvəzçilik rayonlarından olan Xaçmazda kütləvi pomidor əkininə başlanılıb. Mart ayından istixana şəraitində yetişdirilən pomidor şitilləri hazırda açıq sahələrə köçürülür. Fermerlər 2-3 gün ərzində əkini  başa çatdırmaq niyyətindədirlər. 

Xaçmazın iqlimi və torpağı pomidor yetişdirilməsi üçün əlverişlidir. Həyətyanı sahələrdə  kiçik istixana şəraitində yetişdirilən ştillər 40 gündən sonra açıq sahələrə köçürülür.  Fermerlər  pomidorun “Sultan”, “Titan” kimi sortlarının yetişdirilməsinə üstünlük verilir. 

Xaçmazın pomidor sahələrindən hər il 60 min tondan çox məhsul toplanılır.  Yetişdirilən məhsul yerli bazarlarda satılmaqla yanaşı, qonşu Rusiyaya da göndərilir.