Xaçmazda ən fəal oxucular mükafatlandırılıb- Video

16 2019 16:08

Xaçmazda  Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Oxu bayramı” təşkil olunub. “Çənlibel” parkında keçirilən mərasimdə 2 mindən çox kitab nümayiş etdirilib. Tədbirdə dahi mütəfəkkir İmaməddin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150 və Əliağa Vahidin 125 illik yubileylərinə həsr olunan sərgilər diqqət çəkib.

Oxu müsabiqəsi çərçivəsində 9 fəal oxucu pul mükafatı qazanıb. Bundan əlavə, 10 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub. Oxucu tərəfindən oxunan kitabların sayı və iştirakçıların mütaliə etdiyi nəşrlər barədə informasiyalıq səviyyəsi müsabiqənin əsas qiymətləndirmə meyarı sayılıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə mütaliəyə marağı artırmaq, insanları maarifləndirməkdir. Tədbirdə məktəblilərin ifasında kitablara həsr olunan bədii kompozisiya təqdim edilib.