Havaların istiləşməsi ilansancma hallarının sayını artırıb- Video

16 2019 16:13

Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. Bu canlılar adətən, kolların dibində, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər.

Son bir ayda  Şabran Mərkəzi Rayon Xəstəxanasına  ilansancma diaqnozu 2 nəfər  gətirilib.  Tibbi  Yardım göstərilən şəxslərin vəziyyəti hazırda yaxşıdır. Xəstəxana ilan zəhərinə qarşı zərdablarla tam təchiz edilib. Lakin kəndlərdəki tibb məntəqələrinə zərdablar verilmir.

Əsas məqamlardan biri də ilansancan şəxslərə ilkin tibbi yardım göstərilməsidir. Həkimlər ilan sancan şəxsin qısa müddətdə xəstəxanaya çatdırılmasının vacib olduğunu bildirir. Çünki yalnış edilən ilkin yardım  ölümə səbəb ola bilər.

İlan qədər ölümcül sancmalar kiçik həşəratlar tərəfindən də ola bilər. Həkimlər bildirir ki, insanlarda Həşarat sancmasından sonra halsızlıq müşahidə edilərsə, həmin şəxs qısa müdətdə xəstəxanaya  gətirilməlidir.