Xaçmazda Səyyar “ASAN qatar”a 3 minədək müraciət qeydə alınıb- Video

18 2019 15:37

Xaçmazla yanaşı, digər qonşu rayonların sakinləri də “ASAN qatar” xidmətindən yararlanmaq imkanı qazanıblar. Mayın 1-dən bu  günə kimi səyyar qrupa  3 minədək müraciət  qeydə alınıb.


Vətəndaşlar səyyar “ASAN qatar”da notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi və başqa xidmətlərdən faydalana bilərlər.


"ASAN qatar"ın xidmətlərindən yararlanmaq istəyən vətəndaşlar mayın 25-dək Xaçmaz Dəmiryol Stansiyasında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər. Qatarın növbəti dayanacağı mayın 29-da Astara olacaq.