Qubada səmti müəyyən etmə üzrə VI beynəlxalq kubok yarışına 200-dən çox idmançı qatılıb- Video

18 2019 16:02

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr edilən səmti müəyyənetmə idmanı üzrə altıncı beynəlxalq kubok yarışı davam edir. 12 ölkənin 200-dən çox idmançısı ikinci yarış günü Qubada mübarizə aparıblar.

Müxtəlif yaş qrupunda olan iştirakçılar turnirin ikinci günü Qubanın Amsar kəndi yaxınlığında, dağlıq ərazidə müarizəyə qoşulublar. Turnirə 12 ölkədən ümumilikdə 200-dən çox idmançı qatılıb. Çempionatda yarış iştirakçıları 8 kateqoriyada, sprint, orta və uzun məsafələrdə  mübarizə aparırlar.

 

Gənclər və İdman Nazirliyi ilə  Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən təşkil olunan yarışda idmançılar gün ərzində fərdi və komanda şəklində mübarizə aparacaq. Turnirin ən yaxşıları milli komandaya dəvət olunacaq.

 

İlk turu Bakıda keçirilən yarışa sabah Xaçmaz rayonunun Nabran meşə zolağında keçiriləcək son turla yekun vurulacaq.