Qeyri-sabit hava Xaçmazda alça bağlarına ciddi ziyan vurub- Video

21 2019 15:51

Meyvə yığımına hazırlaşan bağ sahibləri üçün mövsüm heç də ürəkaçan başlamayıb. Son günlər havanın qeyri sabit keçməsi şimal regionunda alça bağlarına ciddi ziyan vurub.

Ötən il alça bağlarından bol məhsul toplanıb, alıcılıq qabiliyyəti yüksək olub. Havanın təsirindən zərər görən məhsulun alıcılıq qabiliyyəti də aşağı düşüb.

Şimal regionunun alça bağlarında kütləvi yığıma mayın sonları başlanacaq.