Yeniyetmə güləşçilərimiz Avropa çempionatına Xaçmazda hazırlaşır- Video

21 2019 15:55

Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandaları Xaçmaz Olimpiya İdman Kompleksində təlim məşq toplanışına qatılıb. 50 nəfərə yaxın idmançı Avropa Birinciliyinə hazırlaşır. İtaliyada keçiriləcək turnirdə komandalar 10 çəkidə təmsil olunacaq. Qitə birinciliyi iyunun 15-də start götürəcək.

Avropa çempionatının ardından idmançılar ölkəmizin ev sahibliyi edəcəyi Avropa Gənclərinin Yay Olimpiya Festivalında mübarizə aparacaq. Avqustda isə güləşçilər Dünya çempionatında qüvvəsini sınayacaq.

Güləşçilərimizin qarşıdakı yarışlara Xaçmaz Olimpiya İdman Kompleksində hazırlığı mayın 30-dək davam edəcək.