Qusarda “Oxu bayramı” keçirilib- Video

22 2019 15:59

Qusarda  Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətiylə  “Oxu bayramı” təşkil olunub. “Nərimanov” parkında keçirilən tədbirdə yerli və dünya ədəbiyyatında kitablar nümayiş etdirilib. Qusarlı şagirdlərin əl işləri, rəsim əsərləridə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Oxu müsabiqəsinin nəticələrinə əsasan  9 fəal oxucuya pul mükafatı verilib. 10 nəfərə isə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub.


Oxucular tərəfindən oxunan kitabların sayı və onların  mütaliə etdiyi nəşrlər barədə informasiyalıq səviyyəsi müsabiqənin əsas qiymətləndirmə meyarı sayılıb.
"Oxu bayramı"nın keçirilməsində məqsəd texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə mütaliəyə marağı artırmaq, insanları maarifləndirməkdir.