Şimal regionunda ot biçininə başlanılıb- Video

28 2019 15:36

Ot biçini  kiçik sahələrdə dəryaz və əl ilə işləyən kiçik mühərrikli motorlarla həyata keçirilir. Böyük ərazilərdəki biçin sahələrində proses traktorlar vasitisiylə aparılır.  Məhsuldarlıqdan razı olan fermerlər bu il ötən ilə nisbətən 2 qat artıq ot biçdiklərini deyirlər. 

Fermerləri narahat edən məqam isə otun qiyməti ilə bağlıdır. Belə ki, sahələrdə otun çoxluğu qiymətlərin aşağı olmasına səbəb olacaq.

Şimal regionunda ot biçini iyunun ortalarına qədər davam edəcək.