Qusarda meşədə köməksiz qalan cüyür balası xilas edilib- Video

29 2019 15:48

Şahdağ Milli Parkının əməkdaşı Rəvayət Nəzərov meşədə köməksiz vəziyyətdə qalan cüyür balasını xilas edib.  Rayonun Yasab kəndində yaşayan R.Nəzərov meşədə gəzərkən qəribə heyvan səsi eşidib. Səs gələn ərazini axtardıqda kolların içində ilişib qalan cüyür balasını aşkarlayıb. Anasından ayrı düşən bala cüyür təxminən bir aylıqdır.

 

Şahdağ Milli Parkının Qusar bölməsi üzrə direktor müavini vəzifəsində çalışan Rəvayət Nəzərov cüyür balasını evinə gətirərək, ona iki gün qulluq edib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cüyür balasını Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verəcəklər.