Xaçmazlı məktəbli respublika fənn olimpiadasında qızıl medal qazanıb- Video

30 2019 14:44

Bu ilki respublika fənn olimpiadalarında  47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub. Qızıl medalçılar sırasında Xaçmazın Qımıl-qışlaq kənd tam orta məktəbinin XI sinif şagirdi Ceyhun Əsədov da var. O, müsabiqədə ana dili və ədəbiyyat fənləri üzrə biliyini sınayıb.

 

Bu il qəbul edilən qərara əsasən olimpida qalibləri ali məktəbə imtahansız qəbul ola biləcək. Buraxılış sinfində təhsil alan Ceyhun qəbul imtahanlarında topladığı bala əsasən seçim edəcəyini deyir. Buraxılış və qəbul imtahanlarının ilk mərhələsində 600-ə yaxın bal toplayan məktəbli hüquqşünas olmaq arzusundadır.

 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.


Ceyhun Əsədov bu ilki fənn olimpiadalarında şimal bölgəsi üzrə qızıl medala layiq görülən yeganə şagirddir.