Xaçmazda tullantı sutəmizləyici qurğular kompleksi tikilir- Video

30 2019 15:33

Tikinti sahəsi 10 hektar ərazini əhatə edən tullantı sutəmizləyici qurğular kompleksi Xaçmazın Gülalan kəndində inşa olunur. Artıq ofis binası, texnika parkı və tikinti materiallarının saxlanması üçün anbarların tikintisi həyata keçirilib. Hazırda çirkab sularının toplanacağı havalandırma hovuzu inşa olunur.

Tullantı su təmizləyici qurğular kompleksinin sutkalıq məhsuldarlığı 70 min kubmetr olacaq. Qurğu vasitəsi ilə Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin, həmçinin Şahdağ Turizm Mərkəzinin tullantı suları təmizlənərək Qudyalçaya axıdılacaq.

Quba, Qusar, Xaçmaz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi tam başa çatıb. İstifadə olunan suların kənarlaşdırılması məqsədilə kanalizasiya kollektoru, müxtəlif diametrli təzyiqli çirkab su xətləri çəkilib. Sutəmizləyici qurğular kompleksinin tikintisinin 2022-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.