Əkin sahələrində yanğın təhlükəsinin qarşını necə alınmalıdır?- Video

03 2019 16:38

Ötən gün axşam saatlarında Xaçmazı Niyazoba kəndi ərazisində taxıl sahəsində yanğın hadisəsi baş verib. Nəticədə 1 hektar ərazidə arpa sahəsi yanaraq külə dönüb. 
1 hektar taxıl sahəsinin yanması təsərrüfatçıya təxminən 700-1000 manat zərər vurur. Həmçinin yanğın baş verən ərazdə növbəti il üçün əkilən məhsulun da keyfiyyəti aşağı olur.


Təsərrüfatçılar yanğın hadisələrindən sığortalanmaq üçün sahələrinin kənarlarında şum işləri aparmalıdır.  Bu kiçik sahədə baş verən yanğının daha da geniş ərazinin əhatə etməsinin qarşısını alır.  Mütəxəssislər quru halda olan taxılın kiçik qığılcımdan böyük yanğına səbəb ola biləcəklərini deyirlər. 


Bəzən təsərrüfat sahibləri biçini bitirən zaman öz taxıl sahələrini təmizləmək məqsədi ilə kövşənləri odlayırlar. Mütəxəssislər belə  halın növbəti il sözügedən ərazidə məhsuldarlığa mənfi təsir etdiyini qeyd edirlər.