Qusarda xaricdən gətirilən inəklərdən qan nümunələri alınıb- Video

07 2019 17:17

Peyvəndləmə tədbirləri Qusarın Aşağı İmamqulukənd kəndindəki fərdi təsərrüfatda aparılıb. Avstriyadan gətirilən 289 baş iribuynuzlu heyvandan brüselyoz, leykoz və digər xəstəliklərə qarşı qan nümunələri götürülüb. Diaqnostik testlər Dövlət Baytarlıq Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılır.

Karantin tədbirləri çərçivəsində cins inəklərdən götürülən ilkin qan nümunələrinin nəticəsi bir həftə ərzində bəlli olacaq.

Bu il rayondakı təsərrüfatlarda iribuynuzlular arasında aparılan vaksinasiya işləri yekunlaşıb. Hazırda xırdabuynuzlu heyvanlar dabaq və qara yaraya qarşı peyvənd olunur.

Ümumilikdə Qusarın heyvandarlıq təsərrüfatlarında 40 mindən çox iribuynuzlu, 82 min 327 xırdabuynuzlu qeydiyyata alınıb.