Xaçmazın 3 kəndinin qazlaşdırılması işlərinə başlanılıb- Video

07 2019 17:22

Xaçmazın Digahoba, Aşağı Ləgər və Seyidlər kənd sakinləri bu il mavi yanacaqla təmin ediləcək. Yaşayış məntəqələrinin qazla təminatı istiqamətində işlərə 10 gün öncə başlanıb.

Yaşayış məntəqələrinin qazla təmin olunması üçün ümumilikdə 28 min metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunacaq. Ötən müddət ərzində işlərin 30 faizi görülüb. İşlər yekunlaşdıqdan sonra bu kəndlərin 300-dən çox abonenti ilk dəfə mavi yanacaqdan istifadə edəcək.


Ümumilikdə bu il Qubada 11, Xaçmazda 3, Qusarda isə 1 yaşayış məntəqəsinə qaz xətləri çəkiləcək. Bununla da şimal regionunda daha 2 min 172 abonent mavi yanacaqla təmin ediləcək. Hazırda şimal regionunda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 288-dir. Mavi yanacaqdan istifadə edən abonentlərin sayı 102 mini ötüb.