Şabranın gilas bağlarında meyvə yığımına başlanılıb- Video

07 2019 17:29

Şabranın Gilas bağlarında meyvənin tezyetişən sortları artıq toplanıb. Hazırda təsərrüfatçılar ikinci məhsul yığımına hazırlaşır. Təsərrüfatçılar bu il havaların dəyişkən keçməsinin məhsul yığımını gecikdirdiyini bildirir. 


Şabranın Söhbətli kəndində intensiv üsulla salınan 8 hektar bağda əsasən Türkiyədən gətirilən ziraat və burlat sortlarını yetişdirir. İntensiv bağların əsas üstünlüyü bağın məhsula tez düşməsi, həmçinin meyvənin rahat yığılması və bol məhsuldarlığıdır. 


Şabranda gilas yığımı iyunun 15-nə qədər yekunlaşacaq. Toplanan məhsul əsasən xarici bazarlara satılır. Gilasın qiyməti növündən aslı olaraq 3-7 manat arasında dəyişir.