Qubada kənd təsərrüfatı texnikalarının yarmarkası açılıb - Video

08 2019 16:56

Yarmarka Quba-Xaçmaz regionunda yaşayan fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi daşıyır.

Yarmarka indiyədək Şəmkir, Bərdə, Şəki, Ucar rayonlarında keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi yarmarka 2 gün davam edəcək. Yarmarkada 20-dək təchizatçı öz  məhsullarını fermerlərə nümayiş etdirəcək.

Yeni avadanlıq və qurğuları fermerlərə tanıtmaqda məqsəd onların öz təsərrüfatlarını innovativ yanaşma ilə təşkil etməsinə yol göstərməkdir. Növbəti texnika yarmarkası iyunun 11-12-də Lənkəranda keçiriləcək.