Şabranda taxıl biçininə başlanılıb- Video

10 2019 15:58

Şabranda arpa biçininə 10 gün öncə başlanıb. Rayonun Çölquşçu, Əmirxanlı və Ağbaş kəndlərində 1200 hektar sahədə taxıl biçini aparılıb. Məhsuldarlıq ötən illə müqayisədə artıb. Taxıl zəmilərindən ortalama 24 sentnerdən yuxarı məhsul yığılır.

Bu il Şabranda 13 min 556 hektar ərazidə taxıl əkilib. Bunun 5038 hektarı arpa, 8518 hektarı isə buğdadır.  Taxıl biçini prosesinə cəlb olunan mexanizatorlar taxılın yanğından qorunması və digər təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatlandırılıblar.

Hava yağmursuz keçərsə, arpa biçini iyunun 20-dək başa çatdırılacaq. Buğda biçininə isə iyulun əvvəllərində start veriləcək.