Turizm əhəmiyyətli Quba-Susay-Xınalıq yolunun inşası davam edir- Video

10 2019 16:01

Tikinti işlərinə respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində başlanılıb. Hazırda Gəray və Susay kəndləri ərazisində torpaq yatağı bərkidilir və yola asvalt örtüyü döşənir.

 

Layihənin növbəti mərhələsində isə 24 km-lik Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Qalaxudat-Xınalıq yolu çəkiləcək.  Bununla yanaşı sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da tikintisinə başlanılacaq. Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək.

 

Quba – Susay - Xınalıq avtomobil yolu səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirəcək. Ölkənin turizm marşrutlarından olan yol Quba şəhərini Xınalıqla birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdıracaq.