Günvurmadan necə qorunmaq olar?- Video

11 2019 15:44

İsti hava uşaqlar, kök insanlar, ürək-damar və mədə -bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslər üşün daha təhlükəlidir.  Günəşdən gələn  ultrabənövşəyi şüaların altında çox qaldıqda günvurma hadisəsi baş verir.

 

Gün vurma - başın birbaşa gün şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Bu zaman beyinin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir. Gün vurmanın əsas səbəbləri - başın örtüksüz, bədənin açıq və qorumasız halda günəş şüası qəbul etməsidir. Həmçinin gün vurmaya bürkü və küləksiz hava, çimərliklərdə spirtli içkilərin qəbul edilməsi, həddindən artıq yemək, gün şüası qəbul edən zaman yatmaq səbəb olur.

 

İstivurma gün vurmadan daha tez baş verir. Hava buraxmayan isti paltarda  işləmək və yaxud bir neçə saat havasız, ventilyasiya  sistemləri qurulmayan yerdə çalışmaq istivurma ilə nəticələnir.