Son illər istirahət üçün Nabranı seçən turistlər arasında həyət evlərində qalanların sayı da az deyil. Bunun başlıca səbəbi kirayə evlərin qiymətinin otellərlə müqayisədə aşağı olması və ev sahibləri tərəfindən turistlərə ödənişsiz bələdçilik xidmətlərinin təklif olunmasıdır. Hətta kirayə verilən mənzillərin daimi müştəriləri də var.
Kirayə evlər əsasən, Nabran və İstisu kəndlərində yerləşir. Evlərin kirayə qiymətləri turistin evdə qalma müddətindən asılı olaraq dəyişir. Bundan başqa ev sahibi tərəfindən qonaqlara müxtəlif kənd məhsulları təqdim edilir.
Nabran istirahət zonasında evlərin 70 faizi yay mövsümündə turist qəbul edir.