Xaçmaz məktəblərində “Son zəng” çalınıb- Video

14 2019 16:15

Xaçmazın 89 ümumtəhsil ocağında  1458 şagird üçün son zəng çalınıb.  Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə də məzun günü qeyd olunub. Məktəb-liseyi bu il 103 , birinci sinfi isə 134  şagird bitirib. Qəbul imtahanlarında yüksək nəticə göstərən məktəbin məzunu Aynur Gəbəkbəyova bilik açarını birincilərə təqdim edib.

Abumüslüm Səlimov adına Xaçmaz şəhər 7 saylı tam orta məktəbində 58  şagird üçün son zəng çalınıb. Tədbir məzunların ifasında rəqs və musiqi nömrələri ilə yadda qalıb. Məktəbi əla qiymətələrlə bitirən və qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara fəxri fərman və diplomlar təqdim olunub.

Bu il Xaçmazda ümumtəhsil məktəblərinin birinci sinfini 3023, məktəbəqədər hazırlıq qruplarını 2024, 9-cu siniflərini isə 2177  nəfər şagird bitirir.