Qusar Dövlət Ləzgi Dram Teatrı 6 tamaşa nümayişinə hazılaşır- Video

17 2019 16:16

Qusara gələcək turistlər üçün “Arşın mal alan”, “O olmasın bu olsun”, “Səhnədə Məhəbbət”, “Əsir qadın” və “Sönmüş talelər” və “Yeni müdir”  əsərləri nümayiş olunacaq. Hazırda kollektiv Rafiq Rəhimlinin “Sönmüş talelər”  pyesi əsasında hazırlanan eyni adlı tamaşanın məşqlərinə başlayıb. Əsərdə bəşəriyyəti məhvə sürükləyən narkotikin törətdiyi fəsadlar bir ailənin faciəsinin fonunda  səhnələşdirilib.

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təşkilində məqsəd milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği, həmçinin beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır.  Qusar Dövlət Ləzgi Dram Teatrı turistlər üçün hazırladıqları tamaşaları Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində təqdim edəcək.

Tamaşalar iyul ayı ərzində Qusar Mədəniyyət Sarayının səhnəsində nümayiş etdiriləcək. Teatr gələn ayın sonunda 27-ci mövsümünün bağlanışını edəcək.