Xaçmazda toxum mağazası fəaliyyətə başlayıb- Video

18 2019 15:55

Xaçmazda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası fəaliyyətə başlayıb. Dövlət özəl tərəfdaşlıq prinsipi əsasında fəaliyyət göstərəcək mağazanın açılmasında məqsəd fermerləri mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.

Toxum mağazası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun özəl sektorla birgə əməkdaşlığı çərçivəsində açılıb. Xaçmazda Dövlət Toxum Fonduna məxsus toxum emalı zavodu da fəaliyyət görtərir. Toxumçu fermerlərin yetişdirdikləri toxumlar zavodda emal edildikdən sonra mağazada satışa çıxarılacaq.

Mağazada alıcılara ölkəmizdə və xaricdə istehsal edilən toxumlarla yanaşı, müxtəlif qulluq vasitələri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da təqdim olunur.