Enerji içkilərinin normadan artıq qəbulu hansı fəsadlara yola açır?- Video

18 2019 16:08

Havaların isinməsi insanlar arasında enerji  içkilərinə olan tələbatı da xeyli artırıb. Lakin bir çoxları bunların zərərləri haqqında məlumatsızdılar. Məsələn qutuların üzərində 1 qutudan artıq içmək tövsiyyə edilmir yazısı olsada bəzən 3-4 qutu energetik içki istifadə edənlərdə var. 

Marketoloqlar deyir ki, sözügedən enerji içkilərinin çox satılmasına səbəb əsasən gənclərin diqqətini çəkən reklam çarxlarıdır. Sosial şəbəkələrdə yerləşdirilən reklamlarda  güclü və aktiv olmaq üçün sözügedən içkilərdən qəbul etmək təbliğ edilir.

Həkimlər də hesab edir ki, təklif edilən normadan və orqanizmin xüsusiyyətlərindən artıq qəbul edilən bu içkilər müxtəlif xəstəliklərin yaranmasında mühüm amildir. 18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə enerji içkilərindən istifadə tövsiyyə olunmur. Amma bəzən  bəzən yaşı 7-8 olan azyaşlılarında əlində bu növ içki qutuların görmək mümkündür.

Mütəxəssislər əslində susuzluqu yatırmaq üçün istifadə edilən enerji içkiləri suya olan təlabatı artırdığını bildirir. Onlar  sağlam orqanizmdə xəstəlik yaratmamaq üçün sözügedən içkilərdən norma daxilində istifadə etməyi məqsədəuyğun hesab edirlər.