Bu il Qubanın 11 kəndinə təbii qaz veriləcək- Video

19 2019 15:03

Bu il Qubanın Təngəaltı kənd sakinləri üşün əlamətdar olacaq. Turizm zonasında yerləşən kəndə qaz xətləri çəkilir. Yaşayış məntəqəsinin qazla təmin olunması üçün ümumilikdə 10 min metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunacaq. İşlər yekunlaşdıqdan sonra 150-yə yaxın abonent ilk dəfə mavi yanacaqla təmin ediləcək.

Bundan başqa ətraf Xırt və Kunxırt kəndlərinin də mavi yanacaqla təmin olunması istiqamətində işlərə başlanıb. Hazırda yaşayış məntəqələrində daxili qaz xətləri çəkilir və işlərin 50 faizi görülüb.

Ümumilikdə bu il Qubada 11, Xaçmazda 3, Qusarda isə 1 yaşayış məntəqəsinə qaz xətləri çəkiləcək. Bununla da şimal regionunda daha 2 min 172 abonent mavi yanacaqla təmin ediləcək.  Hazırda regionda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 288-dir. Mavi yanacaqdan istifadə edən abonentlərin sayı 102 mini ötüb.