Yeni dərs ilində Xaçmazda 400-dən çox şagirdin təhsil alacağı məktəb istifadəyə veriləcək- Video

19 2019 15:37

Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün yeni binanın inşasına 6 ay öncə başlanıb. 2 mərtəbədən, 4 korpusdan ibarət binada hazırda dam örtüyü vurulur. 432 şagird yerlik yeni təhsil müəssisəsində bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları da fəaliyyət göstərəcək. Məktəb müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.

Qarşıdakı illərdə şimal regionunda daha 55 məktəb binasının inşası nəzərdə tutulub.

Xaçmaz şəhər 5 nömrəli tam orta məktəblə yanaşı, hazırda Qubanın Alekseyevka kəndində də 960 şagird yerlik müasir təhsil müəssisəsi tikilir. Son 3 ildə isə şimal regionunda 38 məktəb binası inşa olunub ki bunun 36-sı modul tiplidir.