Xaçmazda Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb- Video

20 2019 16:12

Respublika fənn olimpiadalarında Xaçmazın Şəmsəddin Sədiyevadına Qımılqışlaq kənd tam orta məktəbinin şagirdi Ceyhun Əsədov Azərbaycan dili  və ədəbiyyat fənni üzrə birinci olaraq qızıl medala layiq görülüb. Bundan başqa rayonun Arzu qəsəbə  tam orta məktəbinin şagirdi Amil Mirişov tarix, Cavid Cəbiyev adına Nərəcan kənd tam orta məktəbinin şagirdi Hürü Məmmədova riyaziyyat, Əlvan Fətəliyevin adına Bayoba ümumi orta məktəbin şagirdi Əfsan Xasıyev isə coğrafiya fənni üzrə bürünc medal qazanıblar.

Xaçmaz Rayon Təhsil Şöbəsində keçirilən görüşdə medal qazanan 4 şagirdə qiymətli hədiyyələr fəxri fərmanlar təqdim olunub. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.