Quba-Xınalıq yolundakı təhlükə- Video

20 2019 16:24

Mütəxəssislər sözügedən ərazidə avtomobillə düzgün hərəkət etməklə yanaşı dar yolda parkinq qaydalarına da ciddi əməl edilməli olduğunu deyirlər.

Ərazi Avtomobil Yolları Dövlət Agentliyinin nəzarətində olsa da bu, sürüşmənin qarşısını almağa kifayət etmir. İnsanların özlərinin də ehtiyatlı davranması önəmlidi. Bu istiqamətdə yola çıxmaq istəyənlərin ilk ehtiyat tədbiri kimi öncədən hava haqqında məlumatla tanış olmaları tövsiyə edilir.

Təbii ki, bu yoldakı qəzalar yalnız minik avtomobillərinin iştirakı ilə baş vermir. Xüsusən torpaq sürüşməsini nəzərə alsaq ağır tonnajlı maşınların hərəkəti də bu istiqamətdə təhlükəni artırır. Bu səbəbdən də mütəxəssislər turizm şirkətlərinin Xınalığa iri tutumlu avtomobillərlə - turistlə dolu avtobus və mikroavtobuslarla tur təşkil etmələrini doğru hesab etmirlər.