Şabranda üzümün məhsuldarlığı yüksək olacaq- Video

21 2019 15:49

Şabranın üzüm bağlarında yaşıl budama işlərinə başlanılıb. Budama zamanı tənəklər gücdən düşən bar çubuqlarından təmizlənir. Tənəklərdə cavan və məhsuldar çubuqlar saxlanılmalıdır ki, məhsul bol olsun. Yaşıl budama 1 ay davam edəcək. Hazırda üzüm bağlarında budama ilə yanaşı zərərvericilərə qarşı dərmanlanması və alaq otlarından təmizlənməsi  işləri aparılır.

Rayonun Ağbaş kəndində yerləşən fərdi sahibkara məxsus 140 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan təsərrüfatda şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib. Hər il üzümçülük təsərrüfatından min tona yaxın məhsul əldə olunur. Fermerlər məhsuldarlığın bu göstəricidən daha çox olacağını

Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda xaricdən gətirilən “Merlot”, “Kabarne”, “Tramil” və başqa texniki üzüm sortları əkilib. Şabran ərazisində, ümumilikdə, 400 hektara yaxın üzüm bağı var.