Qubada “Alovlu Qafqaz” festivalının iştirakçıları konsert proqramı ilə çıxış edib- Video

22 2019 14:20

“Alovlu Qafqaz” III Uşaq–Gənclərin Folklor Rəqs və Yaradıcılıq festivalı çərçivəsində növbəti konsert Qubada təqdim olunub. Festivalda Gürcüstan, Rusiyanın Şimali Osetiya–Alaniya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarını, eləcə də Azərbaycanın müxtəlif uşaq gənclər inkişaf mərkəzlərini təmsil edən kollektivlər çıxış edib. Təhsil Nazirliyinin dəstəyi və Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə keçirilən festivala ümumilikdə 700-dən çox uşaq və gənc qatılıb.

Konsert proqramı Quba şəhərindəki “Yaşıl teatr”da təqdim olunub.

Festival ölkəmizin tarixi irsi, mədəniyyəti, milli adət ənənələri, xalq yaradıcılığı və folklorunu dərindən öyrənmək, mədəni irsin uşaq və gənclər arasında daha da geniş təbliğ etmək məqsədiylə keçirilir. Bundan başqa milli rəqslərimizi tanıtmaq , xoreoqrafiya sənətini daha da inkişaf etdirmək, festival iştirakçılarına Azərbaycan haqqında məlumat vermək də əsas məqamlardandır.

Bakı, Quba, Xaçmaz, Goranboy, Şabran, Qazax, İsmayıllı, Lənkəran uşaq gənclər inkişaf mərkəzlərini, eləcə də Gürcüstan və Rusiyanı təmsil edən rəqs və yaradıcılıq kollektivləri bir-birindən maraqlı çıxışlarını tamaşaçılar alqışlarla qarşılayıb.