Xaçmazda buğda biçininə başlanılıb- Video

24 2019 16:06

Xaçmaz rayonunun taxıl zəmilərində arpa biçini yekunlaşmaq üzrədir. Məhsuldarlıq hər hektara orta hesabla 31 sentner düşüb. Havanın yağmursuz keçməsi təsərrüfatçılara buğda biçinini də vaxtında başlamağa imkan verib. Buğdanın bu ilki  məhsuldarlığı da təsərrüfatçıları razı salıb.

Rayonda 1529 hektar ərazidə buğda, 4500 hektar sahədə isə arpa biçini yekunlaşıb.

Bu il Xaçmaz rayonunda 25 min hektar ərazidə taxıl əkilib. Bunun 5786 hektarını arpa, 19 min 223 hektarını isə buğda zəmiləri təşkil edir. Biçin kompaniyasına 50-yə yaxın kombayn cəlb olunub.